Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyəti sabitləşdirmək məsələləri üzrə bir sıra tapşırıqlar verib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Prezident Kasım-Jomart Tokayev sosial-iqtisadi vəziyyətə dair məsələlərlə bağlı müşavirə keçirib.
Məlumata görə, sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi proqramında dövlət başçısının verdiyi tapşırıqları maye qaz, benzin və dizel yanacağının qiymətinin dövlət tərəfindən 180 günə tənzimlənməsi, “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun hazırlanmasına başlanılması, gündəlik tələbat mallarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi, kommunal xitmətlərin qiymətlərinin bahalaşmasına 180 gün moratorium tətbiq edilməsi, səhiyyə sahəsində və uşaqların sağlığında problemlərin həlli üçün dövlət və özəl sektorun maliyyələşdirəcəyi “Qazaxıstan xalqı” fondunun yaradılması və digər məsələlər var.