Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs olunub

İşğaldan azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisinə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 4 nəfər saxlanılıb.

Araşdırmalarla onların Goranboy rayon sakinləri – H.Məmmədov, Ə.Məmmədov, Ə.Vəlisoy və Ə.Abdullayev olduqları müəyyən edilib.

Xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …