Gomap.az milli elektron xəritə üzərindən “Qərbi Azərbaycan Yaddaşı” layihəsi təqdim edilib.
Layihə Qərbi Azərbaycan İcması və “Sinam” şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə həyata keçirilib.
Layihənin əsas məqsədi hazırda Ermənistanın nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, vətənlərini ötən yüzillikdə 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olan insanların, adları dəyişdirilən yaşayış məskənlərin mədəni irsini və yaddaşını elektron daşıyıcılara həkk etmək, bu insanları virtual məkanda birləşdirərək milləti böyük qayıdışa hazırlamaqdır.
Qərbi Azərbaycan ərazisindəki adları dəyişdirilmiş 1 000-dən çox toponimlərinin – yaşayış məskənləri, tarixi yerlər, dağ zirvələri, göllər, çaylar və bulaqlar) öz tarixi adlarına bərpa olunan şəkildə, Azərbaycan dilində olan adları ilə verilir və tarixi yaddaşı bərpa etmək üçün Qərbi Azərbaycan icmasının və bu bölgə bu və ya digər formada əlaqədar olan bütün soydaşları birləşdirir.
RİNN-in texniki dəstəyi ilə ərazinin peyk fotoşəkillərinin, həm də proqram təminatının yerləşdirilməsi üçün texniki platformanı təmin edərək layihənin qısa müddət ərzində həyata keçirilməsinə imkan yaradılıb.
Layihə çərçivəsində Qərbi Azərbaycanın interaktiv xəritəsi də hazırlanıb. Bu xəritə vasitəsilə, həmin ərazilərdən zaman qovulmuş azərbaycanlıların hər biri öz kəndinə, vaxtilə yaşamış olduğu, ermənilər tərəfindən qovulduqları həmin ərazilərə səyahət edib, həmin kəndləri tarixi abidələrinin bugünkü vəziyyətini öyrənə biləcəklər.
Visiontv.az