Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Azərbaycan Türkiyədən silah alan ölkələrin birincisi oldu – Beynəlxalq Sülh İnstitutu hesabat yaydı…

img

Hərb sənayesində Azərbaycanın diqqətdə saxladığı əsas məsələlərdən biri də ordunun ən müasir texnika ilə təmin edilməsidir. Bu sahədə Azərbaycan, yerli istehsalla yanaşı, xaricdən də texnika alışına xüsusi önəm verir. Ölkəmizin qeyd olunan istiqamətdə sıx əməkdaşlıq etdiyi ölkələrdən biri qismində isə qardaş Türkiyə çıxış edir.

Qeyd edək ki, son illər ərzində Türkiyə hərbi sənayedə bir çox uğurlara imza atıb. Araşdırmalar göstərir ki, Türkiyə 2009-cu ildən bu yana silah-sursat ixracatını 1.7 dəfə artırıb. Məsələ ilə bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmaçılarından olan Piter Veizman Türkiyənin silah ixracatı ilə bağlı detallı hesabatı “Axşam” qəzetinin əməkdaşı Gökhan Ertaşa təqdim edib. Hesabata əsasən, Azərbaycan Türkiyədən ən çox silah-sursat alan ölkələr arasındadır. Ölkəmiz Türkiyədən silah alan dövlətlərin siyahısına başçılıq edir. Azərbaycan qardaş ölkədən 35 ədəd “Kobra”, 37 ədəd “Shorland”, 30 ədəd “T-107 ÇNRA”, 40 ədəd “T-122/300 ÇNRA”, 20 ədəd “T-300 ÇNRA”, 108 ədəd “TRG-300 Kaplan” raket, 25 ədəd SOM raketi alıb. Ümumiyyətlə, ölkəmiz silah sistemlərinin önəmli hissələrini Türkiyədən almağa üstünlük verməyə başlayıb. Məhz bu fonda Azərbaycan Türkiyədən idxal olunan silah sayını artırıb. Azərbaycanla yanaşı, Türkiyədən Bəhreyn,  Banqladeş,  Birləşmiş Ərəb Əmirlikləri, Burkina Faso, Gürcüstan, Çernoqoriya, Qətər, Qazaxıstan , Kolumbiya, Kosovo, Küveyt, Makedoniya,  Mavritaniya, Özbəkistan, Ruanda, Malayziya, Misir, Pakistan da silah alır. Türkiyədən hərbi texnika alan ölkələr arasında Rusiya da var. Rusiya qardaş ölkədən 2 ədəd hərbi yükdaşıyan gəmi alıb.

Yuxarıda qeyd olunduğu kimi isə, Türkiyədən silah alışına görə lider ölkə qismində Azərbaycan çıxış edir. Özü də Azərbaycan Türkiədən ən müasir və son silahların alışını həyata keçirir. Qeyd edək ki, Azərbaycan indiyədək Türkiyədən 122 millimetr çaplı “T-122 Sakarya” reaktiv atəş sistemləri, “Qasırğa” raketləri, ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketləri və digər silahlar alıb. Özü də bunlar kifayət qədər mükəmməl silahlardır. Məsələn,  “Qasırğa” raketləri çox güclü silah sayılır. Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar. Bununla, həmçinin, Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür. Tür­ki­yə­nin “Harp Ar­ge” şir­kə­ti bundan öncə də Azər­bay­ca­na ki­çik öl­çü­lü dron­lar­la mü­ba­ri­zə apar­maq üçün “Dro­ne Sa­var” (“Dro­ne Kil­ler”) ad­lı si­lah sis­te­mi­nin sa­tı­şı­nı hə­ya­ta ke­çi­rib. “Dro­ne Sa­var” elektro­maq­nit si­lah sis­te­mi mul­ti­kop­ter tip­li pi­lot­suz uçuş apa­rat­la­rı ilə mü­ba­ri­zə məq­sə­di­lə ha­zır­la­nıb. Qardaş ölkədən alınan digər silahlar da ordumuzun döyüş gücünü əhəmiyyətli dərəcədə artırır. Bundan başqa məlumdur ki, Türkiyədən yeni silahların alışı da diqqət mərkəzindədir. Məsələn, hərbi əməkdaşlığın dərinləşməsinə müvafiq olaraq, Azərbaycan qardaş ölkədən Ermənistanı qorxuya sala biləcək daha bir texnikanın alışını həyata keçirə bilər. Söhbət Türkiyənin müasir “Altay” tanklarından gedir. “Altay” Cənubi Koreyanın “K2” tankının müasirləşdirilmiş formasıdır. Tankda “Qara panter”in 60% -dək texnologiyalarından istifadə edilib.

Digər tərəfdən, Azər­bay­ca­nın Tür­ki­yə­dən “An­ka” pi­lot­suz uçuş apa­ra­tı­nın si­lah­lı kon­fi­qu­ra­si­ya­sı olan “An­ka-S” PUA-sı­nı al­ma­sı be­lə is­tis­na olun­mur. Qeyd edək ki, “An­ka-S” PUA-nın si­lah­lı testlə­ri uğur­lu ke­çi­ri­lib. Si­lah 200 ki­lo­luq fay­da­lı yük­lə 24 sa­at uçuş hə­ya­ta ke­çi­rir. Azər­bay­can is­tə­yə­cə­yi təq­dir­də, türk tə­rə­fi­nin onu tə­rəd­düd­süz öl­kə­mi­zə sa­ta­ca­ğı isə şüb­hə do­ğur­mur.

Öl­kə­miz Tür­ki­yə­dən “T-129 ATAK” tip­li hü­cum ver­tol­yo­tu alın­ma­sı­na da çox ma­raq gös­tə­rir. Xa­tır­la­daq ki,  Tür­ki­yə və İta­li­ya­nın or­taq la­yi­hə­si olan “T-129 ATAK” hər­bi he­li­kop­ter­lə­ri­nin sü­rə­ti sa­at­da 300 ki­lo­met­rə ça­tır, hər cür ha­va şə­ra­i­tin­də, ge­cə və gün­düz uçuş hə­ya­ta ke­çi­rə bi­lir. He­li­kop­ter həm də Tür­ki­yə is­teh­sa­lı olan kompyu­ter sis­te­mi ilə təc­hiz edi­lib. He­li­kop­te­rin 42 fərqli avi­o­ni­ka və si­lah sis­te­mi Tür­ki­yə şir­kət­lə­ri tə­rə­fin­dən is­teh­sal olu­nur. Ekspertlər bil­di­rir ki, “T-129 ATAK” dö­yüş he­li­kop­ter­lə­ri­nin alın­ma­sı Azər­bay­can hərb avi­a­si­ya­sı­nı da­ha güc­lü ha­la gə­ti­rə­cək.  Ümu­miy­yət­lə, Azər­bay­can avi­a­si­ya­sı­nın güc­lən­mə­sin­də Tür­kiy­dən mü­va­fiq hər­bi tex­ni­ka alın­ma­sı­na da­im xü­su­si önəm ve­rir. Qar­şı­da­kı dövrdə Tür­ki­yə­dən ye­ni hər­bi tex­ni­ka­lar alın­ma­sı is­tis­na olun­mur. Elə Tür­ki­yə tə­rə­fi də Azər­bay­can­la hər­bi əmək­daş­lı­ğa xü­su­si önəm ver­di­yi­ni açıq bə­yan edir. Bütün bunlar hər iki ölkənin mövqelərinin daha güclü hala gəlməsini də təmin edir.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir