Şənbə , 3 May 2025
Drone Cameras

İraqın paytaxtı Bağdadın mərkəzində partlayışlar baş verib, xəsarət alanlar var

İraqın paytaxtı Bağdadın mərkəzindəki Karrada rayonunda iki partlayış baş verib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə “Shafaq” xəbər portalına məlumat verib.

“Bazar günü axşam saatlarında Kərradanın Əl-Vatik meydanında “Cihan” bankı yaxınlığında yol kənarına yerləşdirilən bomba bankın pəncərəsinə və park edilmiş avtomobilə ciddi ziyan vurub”, – mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, partlayıcı qurğunun tətbiqi ilə ikinci partlayış Milli Teatrın yaxınlığında – spirtli içkilər satılan mağazaların anbarlarının yanında baş verib; onlara da maddi ziyan dəyib.

Məlumata görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri bankın əməkdaşıdır.

Check Also

İsrail Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərində prezident sarayının yaxınlığındakı hədəfə hücum edib. Boyukmillet.com xəbər verir ki, …