Azərbaycan bu ilin mart ayında Rusiyada və Ukraynada keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək.
Boyukmillet.com “Report”a istinadə xəbər verir ki, sərgilər martın 15-17-də Rusiyanın paytaxtı Moskvada, martın 23-25-də isə Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.
Ölkəmizi sərgilərdə Dövlət Turizm Agentliyi təmsil edəcək. Artıq sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.