Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

“Naxçıvan” Sərhəd Diviziyasında döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında 2022-ci yeni tədris ilinin döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib.

Boyukmillet.com xəbər verir ki, yeni tədris ilinin ilk həftəsində “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələr öyrənilir, tapşırıqlar dəqiqləşdirilir və bölmələr müxtəlif variantlar üzrə məşq etdirilir.

2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında bölmələrin həyəcan siqnalı ilə qaldırılması və cəmləşmə rayonlarına çıxarılması üzrə məşqlər keçirilir.

Məşqlər zamanı əsas diqqət sərhəd bölmələrinə verilən müdaxilələrin və qəfil ortaya çıxan tapşırıqların çevik şəkildə icrasına yönəldilib.

Check Also

Azərbaycan-Özbəkistan kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli …