Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Somalidə silahlılar məscidə gələn şəxsləri atəşə tutublar

Şəxsiyyəti müəyyənləşdirilməmiş silahlılar ötən gecə Somalinin cənubunda məscidə hücum ediblər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Şebelle regionunun Afqoye rayonunda baş verib. Məscidə daxil olan silahlılar orada olan şəxsləri atəşə tutublar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumun səbəbi məlum deyil. Bu rayon son zamanlar tez-tez “Əş-Şəbab” qruplaşmasının hücumlarına məruz qalır. Ordu və təhlükəsizlik qüvvələri məscidin ətrafında axtarışa başlayıb.

Check Also

İsrail Ordusu Suriyanın cənubunda Əsəd qüvvələrinin mərkəzi qərargahını söküb

İsrail Ordusunun 810-cu briqadasının bölmələri Suriyanın cənubunda keçmiş prezident Bəşər Əsədin dövründə Hermon dağı bölgəsində …