Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və layihələrin idarə edilməsi üzrə menecer Ülkər Süleymanova “Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar beynəlxalq təşəbbüslərin dəstəklənməsi” istiqaməti üzrə QHT nümayəndələri ilə onlayn görüş keçiriblər.
Boyukmillet.com xəbər verir ki, agentliydən QHT.az-a bildiriblər ki, görüşün məqsədi Xocalı soyqırımı ilə bağlı layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə müzakirələrin aparılmasıdır. İstiqamət üzrə QHT nümayəndələri layihə çərçivəsində görəcəkləri işlər barədə geniş məlumat verib, bu istiqamətdə onlayn müzakirələrin təşkili üçün Agentliyə təşəkkürlərini bildiriblər.
Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov “Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar beynəlxalq təşəbbüslərin dəstəklənməsi” istiqaməti üzrə keçiriləcək tədbirlərdə medianın əhəmiyyətini xüsusi vurğulayıb və mətbuatda geniş şəkildə işıqlandırılmasını QHT-lərə tövsiyə edib.
QHT-lər tərəfindən bir neçə təklif səsləndirilib və layihə ilə bağlı suallar cavablandırılıb.
Check Also
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….
QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …
Boyukmillet.com Biz yanmasaq vətən yanar