Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 400 milyon ABŞ dolları təşkil edir

“Tezliklə Bakıda İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, İran və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi baxımından böyük potensial mövcuddur və qarşıdan gələn iclas bu sahədə aktual məsələləri müzakirə etmək baxımından yaxşı imkan olacaq.

Seyid Abbas Musəvi İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 400 milyon ABŞ dolları təşkil etdiyini, hər iki ölkə əhalinin ticarətlə məşğul olmasına rəğmən bu göstəricinin rəsmi ticarət dövriyyəsində nəzərə alınmadığını bildirib.

O bildirib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30% artıb. Azərbaycandan İrana məhsul ixracı 10%-dən çox artıb.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …