Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Əmək Məcəlləsində Vətən müharibəsi veteranlarına güzəştlərin edilməsi üçün dəyişikliklər hazırlanıb

Əmək Məcəlləsində Vətən müharibəsi veteranlarına müəyyən güzəştlərin edilməsi üçün dəyişikliklər təklif edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, Məcəllədə qazilər üçün bəzi imtiyazların edilməsi nəzərdə tutulur:

“İşəgötürənlər ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslərin seçimi zamanı müharibə iştirakçılarına üstünlük verməlidir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən edilib. Bilirik ki, əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində qazilərə məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən edilib”.

Check Also

Ölkə üzrə kadr resurslarının vahid elektron bazası ƏMAS-da toplanıb

Ölkə üzrə kadr resurslarının vahid elektron bazası Əmək və Məşğulluq Altsistemində (ƏMAS) toplanıb. Boyukmillet.com  xəbər …