Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Prokuror köməkçilərinə seminar keçirilib

Prokuror köməkçilərinə seminar keçirilib.

Boyukmillet.com xəbər verir ki, ötən həftə qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılıb, izahatlar alınıb.

Aparılan yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanan təcrübə ilə bağlı fevralın 11-də Lənkəran Rayon Prokurorluğunda seminar təşkil edilib.

Seminarda Astara, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.

Qeyd olunan tədbir respublikanın şimal və şimal-qərb rayonlarında keçirilən seminarlardan sonra sayca üçüncü tədbirdir. Anoloji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …