Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Xarkovun bombalanması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib.

“Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq binasına yaxın yerləşir.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …