“Ruslar təxribata əl atmağa hazırlaşırlar”.
Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
Ölkəsinin Təhlükəsizlik Xidmətinin məlumatlarına istinad edən müşavir bildirib ki, Rusiya qoşunları öz ölkəsinin ərazisinə zərbələr endirəcək. Onun iddiasına əsasən, məqsəd Ukraynanı Rusiyanın mülki əhalisini hədəf almaqda ittiham etməkdir.