Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Azərbaycan XİN İsraildə törədilən terror aktlarını pisləyib

“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində yayılan açıqlamada bildirilib.

“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir.

Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, – XİN-dən vurğulanıb.

Qeyd edək ki, martın 22-dən başlayaraq İsrailin fərqli bölgələrində müxtəlif vasitələrlə 3 terror aktı törədilib. Sonuncu olay martın 29-da ölkənin Bney Brak şəhərində qeydə alınıb. Terror aktları nəticəsində 11 nəfər ölüb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …