Bu gün çox mühüm hadisə – İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaq və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir”, – dövlət başçısı bildirib.