Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar KKTC-nin müşahidəçi dövlət kimi Türk Dövlətləri Təşkilatında öz layiqli yerini tutmasının vacibliyini vurğulayıb.
Boyukmillet.com bildirir ki, Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qonağı olaraq səfərdə olduğu Bursadakı görüşlərini başa çatdırıb.
Prezident görüşləri ilə bağlı verdiyi açıqlamada, “Ana Vətən Türkiyə Cümhuriyyəti və türk dövlətləri arasında əlaqələri gücləndirmək üçün bu cür fəaliyyətlərin təşkilinə böyük əhəmiyyət verdiyimi ifadə etmək istərdim”, deyib.
Tatar TÜRKSOY-un qonaq qismində səfər etdiyi Bursada keçirilən “Bursa-2022 Türk Dünyasının Mədəniyyət Paytaxtı Açılış Mərasimində” iştirak edərək, Türkiyə və türk cümhuriyyətlərinin rəsmiləri ilə görüşməkdən çox məmnun olduğunu bildirib:
“Vurğulamaq istərdim ki, Osmanlı dövlətinin ilk paytaxtı, sənayesi, kənd təsərrüfatı və ticarəti ilə Türkiyə Cümhuriyyətinin ən əhəmiyyətli və ən böyük şəhərlərindən biri olan Bursanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi çox düzgün və məqsədəuyğun bir qərar idi.
Quzey Kıbrıs Türk Cümhuriyyətini gücləndirmək və inkişaf etdirməyin Bursadakı təmaslarım zamanı Şərqi Aralıq dənizində Türkiyə Cümhuriyyəti ilə Kıbrıs türk xalqı arasında onların hüquq və mənafelərinin qorunmasında əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu bir daha təkrarlamaq imkanım oldu.
Bu münasibətlə KKTC-nin müşahidəçi dövlət kimi Türk Dövlətləri Təşkilatında öz layiqli yerini tutmasının nə qədər vacib olduğunu bir daha vurğulamaq istərdim.
Türk dünyası ilə sevgi və qardaşlıq əlaqələrinin güclənməsinin yaratdığı böyük potensialın fərqində olan bir prezident kimi türk dövlətləri birliyinin bir parçası olduğumuz üçün çox xoşbəxt olduğumu bir daha qeyd etməkdə fayda var. Ana Vətənimiz Türkiyə Cümhuriyyəti və türk dövlətləri arasında əlaqələri gücləndirmək üçün belə təşkilatların təşkilinə böyük əhəmiyyət verdiyimi bildirmək istəyirəm.
Ümid edirəm ki, bu, ən yüksək səviyyədə təmsil olunduğumuz belə geniş tədbirlərinin davamı və haqq işimizi dost dövlətlərin nümayəndələrinə çatdırmaqdır”.