Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Prezident Azərbaycan və İsrailin hərbi-texniki sahədə uğurlu əməkdaşlıq etdiyini açıqlayıb

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edərkən danışıb.

Dövlət başçısı hərbi-texniki sahədə də iki ölkə arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.

Check Also

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq …