Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Çin ABŞ, NATO və Avropa İttifaqına Rusiya ilə bağlı çağırış edib

ABŞ, NATO və Avropa İttifaqı balanslaşdırılmış regional təhlükəsizlik mexanizmini inkişaf etdirmək üçün Rusiya ilə hərtərəfli təhlükəsizlik dialoquna başlamalıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) BMT-dəki daimi nümayəndəsi Çjan Çszyun BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasının çağırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütün ölkələrin öz xarici siyasətini müstəqil müəyyən etmək hüququ var və onları tərəf tutmağa məcbur etmək olmaz.

“Bütün ölkələrin təhlükəsizliyi bölünməzdir və bir ölkənin təhlükəsizliyi digərlərinin təhlükəsizliyi hesabına təmin edilə bilməz”, – Çjan Çszyun əlavə edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …