Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Quba rayonunda ictimai iştirakçılıq mövzusunda tədbir keçirilib – FOTOLAR

Quba rayon Mədəniyyət Mərkəzində kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən  “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində baş tutan tədbirdə Quba Rayon  İcra hakimiyyətinin məsul əməkdaşları, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib.
Quba Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev Quba rayonunda qeyri- hökumət təşkilatlarının və medianın rayonun ictimai həyatındakı  rolundan danışıb. O, eyni zamanda Rayon İcra hakimiyyəti yanında İctimai Şuranın yaradıldığını və bu quruma   vətəndaş cəmiyyəti nümayəndəsinin seçildiyini qeyd edib. O, eyni zamanda qeyd edib ki, Quba rayonunda QHT-lər tərəfindən çoxlu sayda müxtəlif tədbirlər keçirilir. 
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq ictimai iştirakçılıq, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı vacib çağırışlar səsləndirilib: “Bu çağırışları əsas götürən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi bir neçə ildir ki, ictimai iştiraklılıq sahəsində maarifləndirmə və monitorinqlər həyata keçirir.”Təşkilat olaraq hesab etdik ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Bu şəhərdə ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsi üçün davamlı fəaliyyətlər icra olunmalıdır – deyə Cəsarət Hüseynzadə qeyd edib.
Layihə rəhbəri daha sonra ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər məsələlərdən danışıb.Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. 
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, Eynulla Niftulla Xeyrullayev, Galina Şirinbekova, aqQHT sədri Ramin Mahmudov, ictimai fəal Nəhayət Şirinova və digər iştirakçılar   mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqalrının inkişaf etdirlməsinin vacib olduğu diqqətə çatdırılıb. Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …