Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığının mövzusunu açıqlayıb.

Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb. “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq.

Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”, – Zelenski deyib.

Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri çatdırıb. Ukraynanın bəzi şəhərlərinə hücumların davam etdirildiyini deyən Prezident Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq edilməsini və bütün dünya ictimaiyyətindən daha çox dəstək tələb edib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …