Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Prezidentin rəhbərliyi ilə vətəndaşların rifahının yaxşılaşması istiqamətində tədbirlər görülür” – RƏY

“Son illər dövlətimiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir vətəndaşın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür”.

“Bir halı xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, veteranlar, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bir sözlə, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, ümumiyyətlə imtiyazlı təbəqəyə dövlətin diqqət və qayğısı həmin kateqoriyadan olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Bütün tədbirlər sistemli və ardıcıl xarakter daşıyır”, – deputat əlavə edib.

M.Cəfərov bildirib ki, dövlət başçısının bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələri, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir: “Qazi və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği artırılıb. Həmçinin Prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanı ilə dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb. Bu da dövlətimizin xüsusi imtiyazlı təbəqənin nümayəndələrinin təhsilə cəlb olunmasına olan marağının təminatçısıdır. Dövlətimiz şəhid ailələri, qazilərin tək mənzil və avtomobillə təmin olunması ilə kifayətlənilmir, həmçinin onların sosial təminatçısıdır”.

Prezident İlham Əliyevin imzaladığı bu qəbildən olan sərəncamları təkcə müharibə əlilləri, şəhid ailələri və müharibə veteranları tərəfindən deyil, bütövlükdə, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanır: “Bu təbəqədan olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün çoxsaylı davamlı tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Xalqımız da bütün bunları müsbət qarşılayır, öz məmnunluğunu bildirir. Mən deyərdim ki, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub”.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …