Ermənistanda keçirilən etiraz aksiyası zaman ölkənin keçmiş polis rəisi (daxili işlər naziri) Valeri Osipyan saxlanılıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.
Bildirilib ki, 2018-ci ildə indiki baş nazir Nikol Paşinyanın tərəfdarları etiraz aksiyası keçirən zaman Valeri Osipyan müxalifətlə iqtidar arasında danışıqların başlıca vasitəçilərindən sayılırdı.
Paşinyan hakimiyyətə gəldikdən sonra 2018-ci ilin mayında onu Ermənistanın polis rəisi vəzifəsinə təyin etdi. O, 2019-cu ilin sentyabrında bu vəzifədən azad olunub. Osipyan 2012-ci il oktyabrın 1-dən 2018-ci il mayın 10-dək İrəvan şəhər polis rəisinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, bir neçə gündür keçmiş iqtidar komandasından formalaşan müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.