Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ukrayna kəşfiyyatı: “İnsanlara məcburi şəkildə qondarma respublikaların pasportu paylanılır”

“Müvəqqəti olaraq işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş ukraynalılar psevdorespublikaların vətəndaşlığını almağa məcbur edilir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Buna razı olmadıqda isə onlara qarşı repressiyalar tətbiq olunur. İşğal altındakı Sorokino şəhərində ukraynalılara “LPR”in pasportları paylanılmağa başlanılıb. İnsanlar evlərindən, əmlaklarından və pullarından məhrumdurlar. Ona görə də onlar razılaşmağa məcburdurlar”, – idarədən bildirilib.

Həmçinin qeyd olunub ki, pasportları qəbul etmək istəməyən insanlara hədə-qorxu gəlinir.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …