Bazar , 6 Aprel 2025
Drone Cameras

Azərbaycan lideri: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

“Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, – Prezident vurğulayıb.

Check Also

İlham Əliyev: Azərbaycan enerji sahəsində Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir

Enerji sahəsində Avropa Azərbaycan üçün əsas bazardır. Boyukmillet.com -un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham …