Şənbə , 13 Dekabr 2025
Drone Cameras

TBMM sədri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …