Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yüklərin koordinasiyalı şəkildə və fasiləsiz daşınması ilə bağlı danışıqlar aparılıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.
Qeyd olunub ki, danışıqlar Gürcüstanın koordinasiyası ilə baş tutub.
Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında aparılmış müzakirə zamanı Gürcüstan tərəfindən yükdaşımalarında gecikmələrin olmadığı bildirilib. Bu istiqamətdə bəzi çatışmazlıqların qarşı tərəfdə infrastrukturla, “Lars” gömrük-keçid məntəqəsi ilə bağlı məsələnin isə təmir işləri ilə bağlı olduğu vurğulanıb.
Danışıqlar zamanı tez korlanan məhsulların daşınması ilə bağlı məsələlər də tənzimlənib.