Əli Orucov:“ABŞ-ın Cənubi Qafqazda Ermənistana münasibətinin müsbətə doğru dəyişməsi üçün gərək ciddi əsaslar mövcud olsun”
“Bunu Konqresin 2 qərarı ilə ölçmək doğru deyil”
Son günlər ABŞ Konqresində ard-arda anti-Azərbaycan mövqeli iki qərar qəbul edilib. Bunlardan biri Konqresdə Dağlıq Qarabağda atəşkəs rejimini möhkəmləndirməyə yönələn düzəlişin qəbul edilməsidir. Demokrat konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlərdə Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı bir sıra təkliflər yer alıb: – Təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsi – ATƏT-in müşahidəçilərinin sayının artırılması – Təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunması. Digəri tərəfdən, ABŞ Nümayəndələr Palatası konqresmen Bred Şermanın qanunvericilik təşəbbüsünü dəstəkləyib. Şermanın təqdim etdiyi sənədə əsasən, ABŞ Azərbaycana öz silahlarını satmamalıdır, çünki o silahlardan Dağlıq Qarabağın mülki aviasiyasına qarşı istifadə edə bilər. ABŞ konqresinin Qarabağla bağlı 2 qərarından sonra erməni mətbuatı bunu Vaşinqtonun regiona dair siyasətinin dəyişməsi kimi təqdim edir. Bununla bağlı müxtəlif arqumentlər səslənir. Bildirilir ki, Qarabağ müharibəsinin ən gərgin vaxtında ABŞ Azərbaycana qarşı 907-ci Düzəlişi qəbul etdi. 2001-ci ildən etibarən Birləşmiş Ştatlar qadağanı qismən qaldırdı və müəyyən növ silahların Azərbaycana gətirilməsini təmin etdi. Erməni tərəfi iddia edir ki, Azərbaycanın israrlarına rəğmən, ABŞ 907-ci Düzəlişi birdəfəlik ləğv etmədi. Bu arada ermənilərin xeyrinə Konqresdə 2 qərarın qəbuıl olunmasını Ermənistan mətbuatı guya ABŞ-ın regionda bu ölkəyə münasibətinin dəyişməsi kimi təqdim edir. Onların bu yanaşması nə dərəcədə əsaslıdır?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sozlərinə görə, səslənən arqumentin əsası yoxdur: “Bu ermənilərin fərziyəsidir. ABŞ-ın Cənubi Qafqzda Ermənistana münasibətinin müsbətə doğru dəyişməsi üçün gərək ciddi əsaslar mövcud olsun. Belə bir əsas da yoxdur. Bunu Konqresin 2 qərarı ilə ölçmək doğru deyil. Nəzərə almaq lazımdır ki, Nümayəndələr Palatasında qəbil olunan qərarlar Senatda təsdiq edilməlidir. Sonra prezident bunu imzalamalıdır. Ermənistanın çoğrafi mövqeyi Azərbaycan və Gürcüstan qədər əhəmiyyətli deyil. ABŞ-da erməni lobbisi nə qədər güclü olsa da, bu, rəsmi Vaşinqtonun dövlət maraqlarını dəyişə billməz. ABŞ Ermənistana silah satışını artıra bilməz. Ona görə ki, bu ölkədə Rusiya hərbi bazaları var. Ermənistan KTMT-də təmsil olunur. Başqa bir tərəfdən, Tramp kimi praqmatik iş adamı ilə münasibət qurarkən ABŞ-ın maraqları ön plana keçir. ABŞ-ın indiki prezidenti pulu necə gəldi dövlətlərə pay etmək istəmir. Məhz bu konsepsiyanın təsiri altında Tramp ABŞ tərəfindən dünyanın müxtəlif ölkələrinə ayrılan yardımların həcmini 50 faizədək ixtisara salmağı qərara alıb. Onu da qeyd edim ki, müstəqillik əldə etdikdən bugünədək Ermənistan ABŞ-dan 2 milyard dollaradək xarici yardım alıb. 2018-ci ildə baş verən inqilabdan sonra ABŞ Ermənistan üçün maliyyə yardımının həcmini 14 milyon dollar həcmində artırıb”.