Cümə , 29 Mart 2024
Drone Cameras

ISBAM sədri Türkiyədə önəmli görüşlər keçirdi -FOTO

Türkiyədə səfərdə olan İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli hakim Ədalət və İnkişaf Partiyasının Antalya Muratpaşa bölgə təşkilatinın sədri dr.Alpaslan Belin ilə görüşüb.

Azinforum.az İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələri, Türkiyədə mövcud ictimai-siyasi proseslər ətrafında söhbət aparılıb.  Qeyd edək ki, Alpaslan Belin bir zamanlar Ümummili Lider Heydər Əliyev Ankarada müalicə aldığı zaman onun həkimlərindən biri olub. Partiya sədri Alpaslan Belin görüşdə Heydər Əliyevlə bağlı xoş xatirələrin bildirib. Ziyarətdə Antalya Azərbaycan Xalqlar Dostuluğu birliyinin sədri hüquqşunas dr.Lalə Həsənova İSBAM Antalya təmsilçisi Elmar Əzizov, Qarabağ qazisi Asif Mütəllimov Azərbayacan Xalqlar Dostluğu Birliyinin sədr müavini, iş adamı Nizami Hamit iştirak etmişlər. İSBAM sədri Samir Adıgözəllinin Türkiyə səfəri davam edir.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə işgüzar səfərdədir.

Azinforum.az İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, İSBAM sədri İstanbul və Antalya şəhərlərində siyasi partiyalar, QHT-lər və Azərbaycan Diasporunun təmsilçilərilə görüşlər keçirir. Bu gün Samir Adıgözəlli Milliyətçi Hərəkat Partiyası Antalya təşkilatının sədri Mustafa Aksoyla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, Türk dünyasını əhatə edən mövzular, Türkiyədəki ictimai-siyasi proseslərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin Türkiyə səfəri davam edir. 
Azinforum.az xəbər verir ki, bu gün İSBAM sədri Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri Lalə Həsənova ilə görüş keçirib. 
Görüşdə Antalyada yaşayan, işləyən və təhsil alan azərbaycanlılarla bağlı, eləcə də bölgədəki Azərbaycan diasporunun fəaliyyətini əhatə edən mövzular ətrafında söhbət aparılıb. 
Daha sonra İSBAM və Xalqlar Dostlugu Birliyi arasında əmakdaşlığa dair protokol imzalanıb.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …