Bazar , 8 Fevral 2026
Drone Cameras

Nazir: “Rumıniya və Azərbaycan “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər”

“Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil Popesko Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və Rumıniya “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər: “Bərpa olunan enerjidən yararlanaraq istehsal edilən elektrik enerjinin tədarükü üzrə Azərbaycan, Gürcüstan və Avropanı birləşdirəcək “yaşıl dəhliz” yaratmaqla bu növ enerji üçün körpü rolunu oynaya bilərik”.

V.Popesku Rumıniyanın enerji resurslarının şaxələndirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirərək, Yunanıstan və Bolqarıstan arasında yaradılmaqda olan IGB interkonnektorun tikintisinin tezliklə başa çatacağına ümidvar olduğunu deyib.

Check Also

Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci …