Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Rusiya Kiyevə Xəzərdən raket zərbələri endirib, yaralanan var

Bu gün səhər saatlarında Rusiya Kiyevə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hərbçilər hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevin Darnitski və Dneprovski rayonlarında bir neçə partlayış baş verib.

Daha sonra raket hücumu nəticəsində bir nəfərin yaralandığı məlum olub.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …