Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İtaliyanın XİN başçısı: “Ukraynadan taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr olacaq”

Ukrayna limanlarından taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr başlayacaq, yeni dövlət çevrilişləri olacaq və Avropaya miqrant axını olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio bəyan edib.

“Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişi, terrorun yeni təzahürləri və Afrikadan Avropaya böyük miqrasiya axını olacaq. Biz buna icazə verə bilmərik”-deyə, o əlavə edib.

Qeyd edək ki, iyunun 8-də rəsmi Romanın təşəbbüsü ilə Aralıq dənizi ölkələrinin nümayəndələrinin iştirakı ilə onlayn rejimdə ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçiriləcək.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …