Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ÜST-ün rəhbəri: “Azərbaycanda koronavirus pandemiyası ən aşağı səviyyəyə enib”

“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib: “Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”.

“Vaksin edilmiş əhalinin üzərində araşdırma aparmalıyıq. ÜST bütün ölkələri səhiyyə təşkilatlarını yenidən qurmağa çağırır. Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır. Mən buna sessiyada çıxışımda yer verəcəyəm”, – ÜST-ün rəhbəri bildirib.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …