Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Fəxri Konsolluq Zmiyevdə valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Zmiyevskinin meri Pavel Qolodnikov ilə birlikdə Zmiyevski adına 1 nömrəli “Suzirya” gimnaziyasında olan uşaqlarla baş çəkib.


Boyukmillet.com xəbər verir ki, görüş zamanı “Belə bir gərgin dövrdə köməyə ehtiyacı olanları, xüsusən də uşaqları unutmağa haqqımız yoxdur. Bu səbəbdən bizlər humanitar təşəbbüslərdə iştirak edirik.

Uşaqların gülümsəməsi bizim üçün böyük xoşbəxtlikdir. Burada yaşayan uşaqlar çox ağır anlar yaşayıblar. Bizim vəzifəmiz onlara kömək etməkdir”, – deyə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Fəxri Konsulluğu gimnaziyanı ilk dəfədir ziyarət etmir.

Ayna Fərhad

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …