Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib

Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. Onlardan biri turistə qarşı əxlaqsız hərəkətlər edib.
Çin vətəndaşı avtomobilə əyləşəndə polis əməkdaşı digər iş yoldaşlarının və tərcüməçinin yanında ona qarşı növbəti dəfə əxlaqsız davranış sərgiləyib.

Cinsi təcavüzə məruz qalan Lei Manna hadisə ilə bağlı polisə məlumat verəndə hüquq-mühafizə orqanları hadisədə “cinayət tərkibi” olmadığını iddia edərək, onun şikayətini qəbul etməkdən imtina ediblər.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …