Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Yardımlıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …