Bazar ertəsi , 5 May 2025
Drone Cameras

İordaniyada qazsızma nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib

İordaniyanın Akaba limanında zəhərli qaz sızması nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al-Mamlaka” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Akaba limanında zəhərli qazla dolu çənin daşınma zamanı aşması nəticəsində bədbəxt hadisə baş verib. Bu, qaz sızmasına səbəb oldu”, – İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Amer əs-Sartavi deyib.

Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi qeyd edilir. İordaniya Sənaye Palatasının sözçüsü Əhməd əl-Bas sisternin içərisindəki mayenin xlor olduğunu bildirib.

Onun sözlərinə görə, hadisə yerində mülki müdafiə mütəxəssisləri işləyir. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. “Sky News Arabia” telekanalı isə bildirib ki, ölənlərin təxliyəsinə aviasiya cəlb olunub.

İordaniyanın Baş naziri Bişar əl-Xasun hadisəni araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib. Baş nazirin ofisi komissiyanın artıq Akabaya getdiyini bildirib.

Check Also

İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb

İsveç miqrantların ölkələrinə qayıtması üçün ayrılan yardımın məbləğini 900 avrodan 32 min avroya qədər artırmağa …