Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

NATO baş katibi: “Türkiyə, İsveç, Finlandiya arasında razılaşmaya çalışırıq”

“Türkiyə, İsveç, Finlandiya arasında anlaşma üçün çalışırıq”

Stoltenberq rəsmi Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün İsveç, Finlandiya və Türkiyə arasında razılaşma üçün səyləri artırdığını və alyansın Madrid sammitində danışıqları bu çərçivədə davam etdirəcəyini bildirib.

NATO baş katibi son bir neçə həftədə İsveçin Baş naziri Maqdalena Andersonla tez-tez təmasda olduğunu, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da telefonla danışdığını bildirib.

Baş katib Türkiyənin narahatlığının haqlı olduğunu və həll edilməsinin zəruriliyini vurğulayıb.

“Terrorla mübarizədə səylərimizi ikiqat artırmağımızın zəruriliyi məsələsində hamımız razıyıq. Bu səbəbdən Madriddə keçiriləcək sammitdə NATO-nun terrorla mübarizə səyləri üçün xüsusi sessiya planlaşdırmışdım. İsveç də son günlər Türkiyənin narahatlıqlarını aradan qaldırmaq üçün bu istiqamətdə konkret addımlar atdı”, – Stoltenberq qeyd edib.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …