Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb 

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Hayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub.

O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …