Çərşənbə axşamı , 7 Yanvar 2025
Drone Cameras

Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirib

Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib.

“Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır – qeyri-qənaətbəxş nəticəli işlər”, – o deyib.

Xatırladaq ki, Zelenski bir gün əvvəl UTX-nin rəhbəri İvan Bakanovu, eləcə də baş prokuror İrina Benediktovanı istefaya göndərib.

Check Also

Fransaya casusluqda təqsirləndirilən Martin Ryana ittiham aktı elan olunub

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində …