Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Ş.Papuaşvili Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib.

Parlament sədri Gürcüstanda müxtəlif etnik və dini qrupların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar barədə danışıb.

Regiondakı vəziyyətə toxunan tərəflər bölgədə sülh və sabitliyin önəmini vurğulayıblar. Spiker Gürcüstanın bundan sonra da regionda dialoqu təşviq etməyə hazır olduğunu bildirib.

Check Also

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Boyukmillet.com …