Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Meksikada yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var

Meksikanın qərbindəki Xalisko ştatının paytaxtı Qvadalaxarada yaşayış binası güclü partlayış nəticəsində dağılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsi tviter səhifəsində məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.

“Beş binaya və üç avtomobilə ziyan dəyib, yeddi nəfər yaralanıb, bir nəfər ölüb”, – paylaşımda deyilir. Zərərçəkənlər, o cümlədən iki azyaşlı xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.

Check Also

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları …