Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Goranboy sakini bədbəxt hadisə nəticəsində ölüb

Goranboy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1997-ci il təvəllüdlü Hüseynov Sərxan İlham oğlu əmisinə məxsus fərdi yaşayış evinin həyətində elektrik naqilinə əlavə işıq patronu quraşdırmaq istəyərkən elektrik cəryanı vurması nəticəsində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …