Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq

“Azərbaycan, Türkiyə və Özbəkistan arasında regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”.

Boyukmillet.com xəbər verir, bu barədə Özbəkistan Prezident Administrasiyası rəhbərinin müavini və Prezidentin mətbuat katibi Şerzod Asadov tviterdə yazıb.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək. Özbəkistan, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”, – paylaşımda deyilir.

Check Also

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir …