Cümə , 22 Noyabr 2024
Drone Cameras

TÜRKİYƏDƏN NAXÇIVANA BİRBAŞA HAVA DƏHLİZİ

Avqustun 10-da Türkiyənin Hürriyyet qəzetinin elektron versiyasında Türkiyə Dövlət Hava Limanları Operatoru (Devlet Hava Meydanları İşletmesi (DHMİ) baş direktoruHüseyn Keskin`in Twitter hesabından etdiyi paylaşımına istinadən xəbər yaydı ki, avqustun 15-dən etibarən Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılacaqdır. Azərbaycanın əsas ərazisinin Türkiyə ilə sərhəddi olmadığında bu dəhlizin Türkiyə ilə Naxçıvan muxtariyyəti arasında qurulacağı məlumdur. Hüseyn Keskin əlavə etmişdir ki, uzun müddət türk tərəfinin Benəlxalq Mülki Aviasiya Təşkilatı (International Civil Aviation Organization – ICAO) qarşısında Türkiyə hava limanlarının Naxçıvanla birbaşa hava koridorunun təsisi ilə bağlı məsələ uğurla yekunlaşmışdir. Bundan əvvəl Türkiyə Naxçıvanla Ermənistan və İran üzərindən keçən hava dəhlizləri vasitəsilə əlaqə saxlayırdı.

Mövcud qaydalara uyğun olaraq beynəlxalq reysləri həyata keçirən daimi uçuşlar dövlətlərin öz ərazilə üzərində təsis etdiyi hava dəhlizləri vasitəsi ilə həyata keçirilir. Bu dəhlizlərin statusu isə beynəxalq hava hüququ, daxili qanunvericilik, ikitərəfli razılaşmalarla tənzimlənir. ICAO`nun müvafiq reyestrində qeydiyyatdan keçir. Sovetlər dönəmində vahid sərhədlər çərçivəsində hər sahədə olduğu kimi hava dəhlizlərinin də hansı respublika və regionun üzərindən keçməsi məsələsi aktual deyildi. Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasının eksklav xarakteri, Ermənistanla münaqişə nəticəsində muxtariyətin kommunikasiya blokadası artıq ermənilərin nəzarət etdiyi ərazilərdən kənar kommunikasiyaların və yolların, yəni alternativlərin axtarışını labüd etdi. 1991-2014-cü ilərdə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə (Bakı və Gəncə hava limanları vasitəsilə) hava əlaqəsi Ermənistan ərazisi üzərindəki hava dəhlizi vasitəsi ilə həyata keçirilirdi. 2014-cü ilin noyabr ayında Ermənistanın işğal altında saxladığı ərazilər üzərində keçirdiyi qeyri-qanuni hərbi təlimlər zamanı uçuş həyata keçirən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopterin Azərbaycan ordusu tərəfindən məhv edildi. Bundan sonra hər iki dövlət əraziləri üzərində mülki uçuşlara qarşılıqlı məhdudiyyətlər tətbiq etdi. Həmin ilin dekabr ayından etibarən Naxçıvanın Bakı ilə hava əlaqəsi İran üzrəindən həyata keçirilməyə başlandı və bu gün də uçuşlar bu beynəlxalq hava dəhlizi vasitəsilə həyata keçirilməkdədir. Bu məhdudiyyətlər təbii ki, üçüncü dövlətlərin hava daşıyıcılarına aid deyildi. 2010-cu ildən Türk Hava Yolları (ilk olaraq onun yan şirkəti olan AnadoluJET) Naxçıvana beynəlxalq reyslər təşkil etməyə başladı və həmin uçuşlar Ermənistan üzərindən (bəzən İran hava məkanında da istifadə edilirdi) hava dəhlizini istifadə etməklə həyata keçirilirdi. 

Türk aviasiya administrasiyasının son təşəbbüsü ilə ICAO ilə razılaşdırılaraq (demək ki, rəsmi tanınmış) Naxçıvanı dünya ilə birləşdirəcək üçüncü, alternativ beynəlxalq hava dəhlizi olaraq bölgə üçün olduqca əhəmiyyətlidir. Bu dəhlizin siyasi əhəmiyyəti iqtisadi tərəfindən çox önəmlidir və bu cəhətdən yeni imkanlar yaradacaq. Bununla da strateji “Dilucu koridoru”nun iqtisadi, nəqliyyat potensialı tək quru yolar seqmenti  deyil, həm də hava məkanı olaraq da istifadə olunacaqdır. 

Məsələnin maraqlı tərəfi həmin dəhlizin məhdud ölçüləri ilə bağlıdır. Belə ki, Naxçıvanın Sədərək məntəqəsi ilə bitişdiyi yerədək Türkiyənin “Dilucu Koridoru”nun uzunluğu 20 km., həmin dəhlizin eni isə 5-6, bəzi yerlərdə iə 3 kilometrdir, üstəlik ərazinin relyef şəraiti (yücksək dağlıq ərazi, 5165 m. hündürlüyü olan Ağrı dağının dəhlizə çox yaxında yerləşməsi və s. bu kimi məqamlar). ICAO`nun mövcud qaydalarına, beynəlxalq hava hüququna və mövcud praktikaya əsasən aşağı və yuxarı haava səhəsi üzrə fərqli hava dəhlizləri yaradılır. Aşağı hava sahəsində beynəlxalq hava yolunun (Low Altitude Airways –LAA) eni 10 dəniz mili (18,52 km.) aşağı hündürlüyü isə həmin sahədəki relyefin ən hündür nöqtəsi əsas götürülməklə 3000 fut (300 metr) olmaqla müəyyənləşir. Yuxarı hava sahəsi üzrə isə dəhlizin eni göstərilmir, həmin koridorda uçuşlar isə yalnız FIS (Flight Information Services) sisteminə (yəni qeyri-vizual)  əsasən həyata keçirilir. Bu şərtlər rəğmən həmin hava dəhlizinin qurulması qərarı onu göstərir ki, bu layihə əhəmiyyətli siyasi xarakter daşıyır. 
Yeni hava dəhlizi Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə birbaşa daşımalarda üçüncü tərəfdən asılılıq faktorunu əhəmiyyətli dərəcədə azaldır.Beynəlxalq hava hüququna əsasən hava sahəsini istifadə etdiyi ölkənin hava dəhlizlərindən uçuş həyata keçirərkən bir sıra qaydalara riayət edilməli, xeyli sayda müşahət sənədləri olmalı, onları bir çoxu isə razılaşdırılmalıdır (məsələn, yük və ya sərnişin manifesti). Həmçinin beynəlxalq hava daşımalarını həyata keçirən tərəf üzərinə öhdəlik götürür ki, uçuşu hava sahəsində həyata keçirən dövlətin razılığı olmadan heç bir hərbi ləvazimatı  göyərtədə daşımayacaq. Praktikada vaxtaşırı bu qaydaların implementasiyası ilə bağlı bir sıra insidentlər ara-sıra xarici mediada yer almaqdadır. Bütün bu məqamlar nəzərə alındırda sözügedən hava dəhlizi yük daşımaları zamanı da üçüncü tərəfin hava məkanından istifadənin risklərini aradan qaldırmağa xidmət edəcək.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …