Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Türkiyə XİN: “Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”

“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”.

Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”.

Diplomat, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyanın telefon danışığının konstruktiv keçdiyini söyləyib.

Check Also

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq …