Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

İsmayıllı sakininin evində 11 kq narkotik aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

V.Ələkbərov ifadəsində həmin narkotik tərkibli bitkiləri iki ay əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …