“Suriyada 11 illik daxili savaş var. Orada hələ də terrorçular hökm sürür”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
“İnsanlar evlərinə qayıda bilmirlər. Biz əvvəldən bəri deyirik ki, ən yaxşı variant siyasi həlldir. Daxildəki rejim siyasi həll yoluna inanmır. Amma toqquşma ölkənin parçalanmasına səbəb ola bilər. Kəşfiyyat xidmətləri arasında dialoq davam edir. Suriyada sabitlik tam təmin olunmalıdır. Bunun üçün addımlar atılmalıdır”, – o bildirib.