Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kanada Baş nazirinin müavini NATO-nun yeni Baş katibi ola bilər

Kanada Baş nazirinin müavini Kristia Friland NATO-nun yeni Baş katibi ola bilər.

Boyukmillet.com xəbər verir ki, o, bu vəzifəyə real namizədlərdən biri hesab olunur.

Məlumata görə, ən azı 4 müxtəlif mənbə K.Frilandın Alyansın yeni lideri ola biləcəyini mümkün hesab edir.

NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Alyansın növbəti Baş katibinin qadın olması ehtimalı güclüdür.

Digər mümkün namizədlər arasında Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın eks-prezidenti Dalia Qribauskayte, Estoniyanın sabiq dövlət başçısı Kersti Kalyulayd və Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson var.

Qeyd edək ki, NATO-ya 2014-cü ildən norveçli diplomat Yens Stoltenberq rəhbərlik edir. Onun səlahiyyət müddəti bu ilin sentyabr ayında başa çatmalı idi. Lakin Y.Stoltenberq vəzifədə daha 1 il – 2023-cü ilədək qalacaq. Buna səbəb kimi Ukrayna ilə Rusiya arasında davam edən müharibə göstərilir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …