Cümə axşamı , 19 Sentyabr 2024
Drone Cameras

Ceyhun Bayramov Uqandanın Vitse-prezidenti ilə Qoşulmama Hərəkatındakı fəaliyyətləri müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Uqandanın Vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşüb.

Görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslər, beynəlxalq tədbirlərin təşkili təcrübəsi ilə bölüşüb. Hərəkat çərçivəsində gənclər şəbəkəsinin, Parlament ölçüsünün irəlilədildiyi və təsis edildiyi vurğulanıb.

Qarşı tərəf Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir çox ölkələr üçün nümunəvi olduğunu, növbəti mərhələdə Hərəkata sədrlik etmək niyyəti olan Uqandanın ölkəmizlə sıx əməkdaşlıq etmək planları barədə məlumat verib.

Daha sonra digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Check Also

Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik …